...

Ölkəyə heroin keçirən TIR sürücüsü ƏLƏ KEÇDİ

Cəmiyyət Materials 16 Fevral 2024 11:20 (UTC +04:00)
Ölkəyə heroin keçirən TIR sürücüsü ƏLƏ KEÇDİ
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ölkəyə 4 kiloqram heroin keçirən TIR sürücüsü saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Sabunçu Rayon Polis İdarəsinin (CAŞ) əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1980-cı il təvəllüdlü Altay Ağaəliyev saxlanılıb. Həmin şəxsdən 4 kiloqram narkotik vasitə olan heroin aşkar edilib. Saxlanılan şəxs heroini ölkəyə idarə etdiyi iri tonnajlı yük maşınında (TIR) ayrı-ayrı ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə gətirdiyini bildirib. A.Ağaəliyev barəsində araşdırmalar davam etdirilir.

Həmçinin, Sabunçu RPİ-nin əməkdaşları tərəfindən son günlər aparılan profilaktik tədbirlər zamanı daha 6 ədəd müvafiq sənədləri olmayan silah vətəndaşlar tərəfindən könüllü olaraq polisə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti