...

İlk dəfə doğma yurdumu görmək sevincini yaşayıram – Laçın sakini

Cəmiyyət Materials 28 Fevral 2024 08:13 (UTC +04:00)
İlk dəfə doğma yurdumu görmək sevincini yaşayıram – Laçın sakini
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

18 yaşında ilk dəfə doğma yurdum, Laçını görməyin sevincini yaşayıram.

Bunu Trend-ə açıqlamasında Laçın sakini Zahid Əliyev deyib.

Onun sözlərinə görə, böyük həyəcan yaşayır, ilk dəfə Laçını görəcək və Laçın haqda yaxından təsəvvür yaranacaq.

"İndiyədək 18 illik həyatımda həmişə Laçın arzusu, sevgisi ilə yaşamışam. Həmişə onun xəyalını qurmuşam. Artıq uzun illərdən sonra əsas arzularımızdan biri reallaşıb. Doğrudan da həyatımda ən yadda qalan günlərdən biri bu gün olacaq.
Bu qələbə, bu zəfər, bu səfərin hamısını Ali Baş Komandanımıza, ordumuza borcluyuq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can-sağlığı versin. Allah ordumuzu, əsgərlərimizi qorusun", - deyə o qeyd edib.

Xatırladaq ki, indiyədək Laçın şəhərinə 451 ailə, yəni 1705 nəfər, Zabux kəndinə 211 ailə, yəni 808 nəfərin daimi məskunlaşması təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti