Bakı. Trend:
2024-cü ilin yanvarında yaşa görə pensiya alanların sayı 708 min nəfərdən çox olub.
Trend xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilib ki, onların 42,1 faizini kişilər, 57,9 faizini isə qadınlar təşkil edib.