Bakı. Trend:
Hazırda 200-dən artıq məktəbdə smartfon telefonlar qadağandır.
Trend xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə çıxışı zamanı deyib.
“Növbəti illərdə bu məktəblərin sayı artırılacaq. Əvvəl məktəblərdə olan davalarla indikilər arasında tək fərq odur ki, əvvəl telefon istifadə edilmirdi. İndi isə dərhal hadisə çəkilir, sosial şəbəkədə yayılır.
Hazırda şagird davranışı qaydalarının pilot şəklində tətbiq edildiyi məktəblərdə smartfonlardan istifadə qadağandır. Bəzi hadisələr məhz məktəbdənkənar baş verir və cibində mobil telefon olan şəxslər də bunu çəkir, qarşısını ala bilmərik”, - deyə nazir bildirib.