Bakı. Trend:
Həyata keçirilmiş uğurlu antiterror tədbirləri zamanı qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalları ilə təltif olunan Devid Cəlilovun anadan olmasının 20-ci ildönümü Köhnə Xudat kəndində qeyd edilib.
Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak edib.
İştirakçılar Köhnə Xudat kənd qəbristanlığında Devid Cəlilovun və digər şəhidlərimizin məzarı üzərinə tər çiçəklər düzərək xatirələrini ehtiramla yad ediblər.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev düşmən üzərində qazanılan şanlı qələbədən danışıb. Bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli iradəsi və rəhbərliyi, şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı ilə xalqımız döyüş meydanında düşmənə qalib gəlməsi ilə haqq ədalət bərpa olunub. İşğaldan azad olunan rayon və kəndlərimizdə surətli şəkildə bərpa-quruculuq işlərinin aparılır. Soydaşlarımız böyük sevinclə öz yurdlarına dönür.
Devid Cəlilovun yaxınları şəhidimizin şərəfli ömür yolundan danışıblar.