...

ADA Universitetində Hakaton keçirilib (FOTO)

Cəmiyyət Materials 2 Mart 2024 07:33 (UTC +04:00)

Bakı. Trend:

ADA Universitetinin Fondu, Universitetin Karyera xidmətləri şöbəsi, "PAŞA Həyat" və "AzInTelecom"un birgə təşkilçatlığı ilə ADA Universitetində "USG APEX Hakatonu" keçirilib.

Trend xəbər verir ki, Hakatonun açılış mərasimində Azərbaycan universitetlərinin bakalavr tələbələri bir araya gələrək həyat sığortası mövzusunda məsələlər üçün texnoloji həll yolları irəli sürüblər.

ADA Universitetinin Dövlət, xarici və tələbə işləri üzrə prorektoru Fariz İsmayılzadə açılış mərasimində çıxış edərək ADA Universitetinin sosial inovasiya mühitinin inkişafı üçün tələbələrə verdiyi dəstəkdən bəhs edib.

Daha sonra "PAŞA Həyat" şirkətinin Marketinq departamentinin rəhbəri Ruslan Ələkbərov və "AzInTelecom"un Etimad xidmətləri şöbəsinin müdiri Fərid İsmayılzadə tələbələr qarşısında çıxış ediblər.

Qeyd edək ki, 1-ci yerin qaliblərinə 2.500, 2-ci yerin qaliblərinə 1.500, 3-cü yerin qaliblərinə isə 1.000 AZN məbləğində mükafat veriləcək.

Xəbər lenti

Xəbər lenti