...

Tərbiyəçilər üçün diaqnostik qiymətləndirmə keçiriləcək

Cəmiyyət Materials 6 Mart 2024 12:13 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu il bağçalarda çalışan tərbiyəçilər üçün sertifikasiya imtahanı keçirilməyəcək.

Trend xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov media üçün keçirilən brifinqdə çıxışı zamanı deyib.

“Cari ildə tərbiyəçilər üçün diaqnostik qiymətləndirmə həyata keçiriləcək. Proses yay aylarında təşkil ediləcək. İmtahan elektron qaydada və bir mərhələdən (test mərhələsi) ibarət olacaq.

Bir ay öncədən tərbiyəçilərə ətraflı məlumat veriləcək. 2025-ci ildən isə tərbiyəçilər üçün sertifikasiya keçiriləcək və proses 2026-cı ildə yekunlaşacaq.

Diaqnostik qiymətləndirmə tərbiyəçi-müəllimlərin təlim ehtiyaclarının müəyyən edilməsi məqsədilə sertifikasiya mərhələsinə hazırlıq məqsədi daşıyır. Bu nəticə tərbiyəçi-müəllimlərin əmək müqaviləsinə təsir etməyəcək”, - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti