...

Bir sıra məktəblərə xəbərdarlıq edilib - RƏSMİ AÇIQLAMA

Cəmiyyət Materials 6 Mart 2024 12:44 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Yuxarı siniflərdə, təəssüf ki, davamiyyətlə bağlı problem yaşanır.

Trend xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov media üçün keçirilən brifinqdə çıxışı zamanı deyib.

“Son iki həftə ərzində məktəblərdə monitorinq keçirilib və davamiyyətlə bağlı nöqsanlar aşkar edilib. Bununla bağlı ciddi xəbərdarlıqlar edilib. Monitorinqlər davam etdiriləcək.

Azərbaycanda 9 illik təhsil icbari olduğundan həmin müddətdə ciddi pozuntu olmayıbsa, kənarlaşdırılma yolverilməzdir. Məktəblərdə aparılan monitorinqlər sırf davamiyyətlə bağlı olmayıb, sadəcə həmin müddətdə buna da fikir verilib”,- deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti