...

Yerin təkindən istifadə qaydalarını pozanlar məsuliyyətə cəlb edildi

Cəmiyyət Materials 26 Mart 2024 17:34 (UTC +04:00)
Yerin təkindən istifadə qaydalarını pozanlar məsuliyyətə cəlb edildi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Balakəndə yerin təkindən istifadə qaydalarını pozan altı nəfər məsuliyyətə cəlb edilib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, yerin təkindən qanunsuz istifadənin qarşısının alınması məqsədilə Balakən Rayon Polis Şöbəsinin əməkdaşları 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mütəxəssisləri ilə birgə tədbirlər keçirib.

Tədbirlərlə qeyri-qanuni qum-çınqıl daşınmasını və satışını həyata keçirən şəxslər müəyyən ediliblər. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.

Xəbər lenti

Xəbər lenti