...

Xocalı soyqırımında itkin düşən Akif Mahmudovun 32 il sonra tapılan qalıqları dəfn olundu (FOTO/VİDEO)

Cəmiyyət Materials 27 Mart 2024 13:22 (UTC +04:00)
Xocalı soyqırımında itkin düşən Akif Mahmudovun 32 il sonra tapılan qalıqları dəfn olundu (FOTO/VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Xocalı ərazisində aşkar olunmuş kütləvi məzarlıqdan qalıqları tapılmış Mahmudov Akif Seydulla oğlu ilə vida mərasimi keçirilib.

Trend xəbər verir ki, Xocalı soyqırımı zamanı itkin düşmüş Akif Mahmudovun qalıqları Ceyranbatana, ailəsinin yaşadığı evə gətirilib.

Burada şəhidlə vida mərasimi keçirilib.

Vida mərasimində şəhidin yaxınları, Xocalı sakinləri, Xocalı Rayon İcra hakimiyyətinin başçısı Şahmar Usubov, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinin rəisi Rahim Mustafayev, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin Xocalıdakı kütləvi məzarlıqda aşkarlanan qalıqları Ceyranbatan qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Qeyd edək ki, Akif Mahmudov 1962-ci ildə Xocalıda anadan olub. Könüllü özünümüdafiə dəstəsinin üzvü olan Akif Mahmudov 30 yaşında, 1992-ci il 26 fevralda itkin düşüb. Ailəli olub, 2 oğlu var.

Xəbər lenti

Xəbər lenti