...

Sumqayıt və Suraxanıda qaz OLMAYACAQ

Cəmiyyət Materials 1 Aprel 2024 09:49 (UTC +04:00)
Sumqayıt və Suraxanıda qaz OLMAYACAQ
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Suraxanı rayonunun Bülbülə qəsəbəsinin təbii qazla təmin edən orta təzyiqli qaz kəmərində, həmçinin Sumqayıt şəhərinin Təzə Corat və Köhnə Corat adlanan ərazilərində "Təmiz Qaz" QSC tərəfindən aşkarlanan sızmaların ləğvi, eləcə də Suraxanı rayonu, Əmircan qəsəbəsi, Hasil Bayramov küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi və Sumqayıt şəhəri, Köhnə Corat ərazisində qeyri-qanuni birləşmələrin ləğvi məqsədi ilə 01.04.2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz”dan Trend-ə verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Suraxanı rayonunun (Atamoğlan Rzayev, Malik Mustafayev, Səttar Bəhlulzadə, Hasil Bayramov küçələri) və Sumqayıt şəhərinin (Köhnə Corat və Təzə Corat) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti