Bakı. Trend:
Hazırda “elektron vəkil sorğusu” layihəsi üzərində yekun işlər aparılır.
Trend xəbər verir ki, bunu Vəkillər Kollegiyasınən rəyasət heyətinin sədri Anar Bağırov bu gün keçirilən “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfransda deyib.
A.Bağırov bildirib ki, burada normativ hüquqi tənzimləmə ilə bağlı müəyyən problemlər mövcuddur:
"Bu problemlərin aradan qaldırılması istiqamətində müvafiq normativ hüquqi akt layihələri Ədliyyə Nazirliyi ilə birgə hazırlanıb və hazırda razılaşdırma mərhələsindədir.
Rəqəmsallaşma sahəsində müasir trendləri daim izləyən Vəkillər Kollegiyası süni intellektin imkanlarından da istifadə edilməsi istiqamətində işlər aparmaqdadır. Belə ki, yaxın zamanda Kollegiyanın “Elektron vəkillik” Komitəsi tərəfindən hazırlanan “Pro Bono” çat botu istifadəyə verəcək. Bu bot süni intellektdən istifadə edərək vətəndaşlara Pro Bono hüquqi yardım göstərəcək”.
Qeyd edək ki, “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfrans keçirilib. Konfrans çərçivəsində Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Azərbaycan Respublikası Hesablama Palatası arasında sənəd imzalanıb.
20-dən çox dövlət rəsmisinin iştirak etdiyi konfransda rəqəmsallaşmanın dövlət sturukturlarındakı əhəmiyyətindən danışılıb və görülən işlər barəsində məlumat verilib.