...

Yük maşını “Belarus”a çırpılıb aşdı - Sərnişin belə xilas edildi (VİDEO)

Cəmiyyət Materials 3 Aprel 2024 19:11 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ələt-Astara magistral yolunun Lənkəran rayonundan keçən hissəsində yol-nəqliyyat qəzası baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ford” markalı yük avtomobili idarəetməni itirərək irəlidə hərəkət edən “Belarus” markalı nəqliyyat vasitəsinə çırpılaraq yol kənarına aşıb və yük avtomobilindəki sərnişin deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan Lənkəran rayonu, Göyşaban kənd sakini Abbasov Samir Yusif oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti