...

Pensiyaçılara yenidən maddi yardım veriləcək? - RƏSMİ AÇIQLAMA

Cəmiyyət Materials 5 Aprel 2024 11:57 (UTC +04:00)
Pensiyaçılara yenidən maddi yardım veriləcək? - RƏSMİ AÇIQLAMA
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Pensiyaçalara maddi yardım verilməsi məsələsinə aydınlıq gətirilib.

Trend xəbər verir ki, bu barədə DOST TV-nin canlı yayımında Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib.

"2022-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə əmək pensiyaçılarına maddi dəstək göstərilməsi məqsədilə sığorta prinsipiylə pensiya alan şəxslərə 200 manat maddi yardım edildi. 2023-cü ildə isə həmin maddi yardımlar bölündü və bir aya düşən məbləği pensiyalara daxil edildi. Həmin yardımlar indeksləşidirilərək pensiya məbləği daxilində ödənilir. Sosial ödənişlərdə artımlar ola bilər. Bunu indi dəqiq demək çətindir. Vətəndaşlara dövlətin dəstəyi davamlı şəkildə gücləndirilir", - deyə o bildirib.

Qeyd edək ki,2024-cü il yanvarın 1-i vəziyyətinə görə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 96,0 min (ötən ilin yanvarın 1-i vəziyyətinə 1 milyon 114,2 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir. Onların 64,0 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,6 faiz artaraq 441,3 manat təşkil etmiş və orta aylıq əməkhaqqının 47,3 faizinə bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti