...

Avropa çempionatında medal qazandığım üçün xoşbəxtəm - Azərbaycan gimnastı Tofiq Əliyev (FOTO)

Cəmiyyət Materials 9 Aprel 2024 07:43 (UTC +04:00)
Avropa çempionatında medal qazandığım üçün xoşbəxtəm - Azərbaycan gimnastı Tofiq Əliyev (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Avropa çempionatında medal qazandığım üçün xoşbəxtəm.

Trend xəbər verir ki, bu barədə jurnalistlərə tamblinq üzrə Azərbaycan milli komandasının üzvü Tofiq Əliyev deyib.

Xatırladaq ki, Tofiq Əliyev, Mixail Malkin, Bilal Qurbanov və Adil Hacızadənin yer aldığı tamblinq komandası komanda yarışında birincilikdə qızıl medal qazanıb.

"Əlbəttə, Avropa çempionatında medal qazandığım üçün xoşbəxtəm. Ümid edirdim ki, Mixail Malkinlə fəxri kürsüyə birlikdə qalxacağıq, təəssüf ki, alınmadı", - Tofiq Əliyev qeyd edib.

Mixail Malkinin sözlərinə görə, komanda çox yaxşı çıxış edib.

"Təəssüf ki, bu dəfə fərdi çıxışım alınmadı. Təbii ki, ölkəyə iki qızıl gətirmək istəyirdim, amma alınmadı. Komanda yoldaşı Tofiq Əliyev yaxşı nəticə göstərdi, o, ikinci yeri tutdu”, - deyə Malkin bildirib.

Qeyd edək ki, Avropa çempionatı aprelin 3-7-də Portuqaliyanın Qimarayeş şəhərində keçirilib.

Xəbər lenti

Xəbər lenti