...

Bu ilin üç ayında müavinətlər üzrə 267 milyon manat ödənilib

Cəmiyyət Materials 11 Aprel 2024 13:55 (UTC +04:00)
Bu ilin üç ayında müavinətlər üzrə 267 milyon manat ödənilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 466 min nəfərə sosial müavinət, 396 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 267 milyon manat, Prezident təqaüdləri üzrə 171 milyon manat ödənilib.

Üç ay ərzində 39 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 609 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti