...

Bakıda külək güclənib, rayonlara yağış yağır - FAKTİKİ HAVA

Cəmiyyət Materials 11 Aprel 2024 15:01 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün saat 14:00-a olan məlumata əsasən, Naxçıvan, Şərur, Şahbuz, Ordubad, Daşkəsən, Gədəbəy, Ceyrançöl, Göygöl, Ağstafa, Beyləqan, Neftçala, Astara, Lənkəran, Yardımlı, Lerik, Biləsuvarda arabir yağış yağır.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə görə, şimal-qərb küləyi arabir Altıağacda 20 m/s, Bakıda və Abşeron yarımadasında 23-25 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.3 metrə çatıb.

Şahdağ, Qrız, Daşkəsən, Şəmkirdə duman müşahidə olunub. Dumanda görünüş 200 metrədək məhdudlaşıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR-da 15°-dək, Aran rayonlarında 20°-dək, dağlıq rayonlarda 10 dərəcəyədək isti olub.

Xəbər lenti

Xəbər lenti