...

Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verildi

Cəmiyyət Materials 16 Aprel 2024 19:48 (UTC +04:00)
Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verildi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Cəlilabad rayon sakini olan bir nəfər babasından qalmış bir ədəd "İJ-26" markalı ov tüfəngini könüllü şəkildə polisə təhvil verib.

Bundan əlavə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi istiqamətində keçirdikləri profilaktiki tədbirlər nəticəsində rayon sakinləri 1 ədəd "AK-74" markalı avtomat silahını, 28 ədəd patronu və 3 ədəd ov tüfəngini könüllü şəkildə polisə təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti