...

Ailə məhkəmələrinin yaradılması çox vacibdir – Sədr müavini

Cəmiyyət Materials 17 Aprel 2024 12:23 (UTC +04:00)
Ailə məhkəmələrinin yaradılması çox vacibdir – Sədr müavini
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün psixoloji xidmət istədiyimiz səviyyədə deyil. Psixoloji xidmətin gücləndirilməsinə böyük ehtiyac var. Azərbaycanda ailə psixoloqu məsələsinin instutisional səviyyədə həll olunmasının artıq vaxtı çatıb.

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Milli Məclisin Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin “Sağlam ailə modelinin hüquqi aspektləri-Yaşıl dünya müstəvisində” mövzusunda dinləmədə deyib.

O bildirib ki, bu gün ailə məsələlərindən danışanda, ən narahatedici məsələ boşanmaların artmasıdır.

"Son bir neçə ildə əmsalla qeyd etsək 1,6-dan 2-yə çatıbsa, bu bizi narahat edir. Ailədaxili münasibətlərdə psixoloji məqamların rolu çox böyükdür. Ona görə də bu məsələyə daha diqqətlə yanaşmalıyıq. Ailə psixoloqu institutunun yaradılması ilə yanaşı, ailə məhkəmələrinin yaradılması çox vacibdir.

Ailə məhkəmələrinin təcrübəsini öyrənəndə orada psixoloqların, sosial işçilərin, hüquqşünasların birgə ailələrə dəstək göstərməsi, ailə çəkişmələrinin təsirlərinin azaldılması, eyni zamanda, ailələrin bərpasına böyük dəstəyi olacaq", - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti