Bakı. Trend:
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova
Qırğız Respublikasının Prezidenti tərəfindən “Dank” ordeni ilə
təltif olunub
Trend-in TurkicWorld-ə istinadən
məlumatına görə, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti
Aktotı Raimkulova Qırğız Respublikasının Prezidenti Zati-Aliləri
cənab Sadır Japarovun “Qırğız Respublikasının dövlət mükafatları
ilə təltif olunma haqqında” Fərmanı ilə Türk xalqları arasında
dostluq və əməkdaşlığın möhkəmləndirilməsində mühüm töhfələrinə
görə Dank” ordeni ilə təltif olunub.
Mükafatlandırma mərasimi Qırğız Respublikasının Prezidenti
Zati-Aliləri cənab Sadır Japarovun 18-19 aprel 2024-cü il
tarixlərində Qazaxıstan Respublikasına səfəri çərçivəsində Astanada
baş tutub.
Mərasimdə “Dank” ordeni Aktotı RaimkulovayaQırğızıstan
Respublikasının Dövlət katibi Suyunbek Kasmambetov tərəfindən
təqdim olunub.