...

Uzun illər həsrətini çəkdiyimiz doğma yurda qayıdırıq - Füzuli sakini

Cəmiyyət Materials 22 Aprel 2024 06:58 (UTC +04:00)
Uzun illər həsrətini çəkdiyimiz doğma yurda qayıdırıq - Füzuli sakini
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Uzun illər həsrətini çəkdiyimiz doğma yurdumuza geri qayıdırıq.

Bunu Trend-ə açıqlamasında Füzuli sakini Şərafət Yusifova deyib.

Onun sözlərinə görə, Füzulini 19 yaşında gənc ikən ağlaya-ağlaya tərk edib. Çünki doğma yurdu, evi qoyub çıxıb. İndi isə doğma yurdunda yaşamağa getdiyi üçün sevincinin həddi-hüdudu yoxdur.

"Allah Prezidentimizi var eləsin. Məhz onun rəhbərliyi sayəsində biz öz yurdumuza geri dönürük. Allah şəhidlərimizi rəhmət eləsin, qazilərimizə cansağlığı versin", - deyə o qeyd edib.

Xatırladaq ki, bu gün Füzuliyə 39 ailə - 172 nəfər yola salınıb. Bununla da Füzuli şəhərində 705 ailənin, yəni 2689 nəfərin daimi məskunlaşması təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti