...

Şəhidlərimizin qanı bahasına azad edilən doğma diyarda yaşamaq mənim üçün fəxrdir - Füzuli sakini

Cəmiyyət Materials 22 Aprel 2024 07:13 (UTC +04:00)
Şəhidlərimizin qanı bahasına azad edilən doğma diyarda yaşamaq mənim üçün fəxrdir - Füzuli sakini
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Şəhidlərimizin canı-qanı bahasına azad edilən doğma diyarda yaşamaq mənim üçün böyük fəxrdir.

Bunu Trend-ə açıqlamasında Füzuli sakini Eynal Quliyev deyib.

Onun sözlərinə görə, Qarabağın dağlarını, sıldırımlı qayalarını azad etmək böyük qəhrəmanlıq, şücaət tələb edir. Azərbaycan Ordusu bu işin öhdəsindən layiqincə gəldi.

"İlk növbədə Ali Baş Komandanımıza təşəkkürümü bildirirəm. Məhz onun rəhbərliyi bizi torpağımıza qovuşdurdu. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.

Mən özüm də 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmuşam. 32 yaşımda Füzulini məcburi şəkildə tərk etmişəm. Ömrümün yarısını vətən həsrəti ilə yaşamışam. İndi isə çox sevinirəm", - deyə o bildirib.

Xatırladaq ki, bu gün Füzuliyə 39 ailə - 172 nəfər yola salınıb. Bununla da Füzuli şəhərində 705 ailənin, yəni 2689 nəfərin daimi məskunlaşması təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti