...

Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Cavid Ələkbərovla vida mərasimi keçirilib, dəfn olundu (FOTO/VİDEO)

Cəmiyyət Materials 23 May 2024 11:40 (UTC +04:00)
Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Cavid Ələkbərovla vida mərasimi keçirilib, dəfn olundu (FOTO/VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Cavid Fazil oğlu Ələkbərovun meyitinin qalıqları Sumqayıt şəhərinə gətirilib.

Trend-in məlumatına görə, şəhidin nəşi Sumqayıtda ailəsinə təhvil verilib.

Şəhidlə vida mərasimi keçirilib və dəfn olunub.

Qeyd edək ki, şəhid Ələkbərov Cavid Fazil oğlu 1975-ci il aprelin 25-da Zəngəzur mahalı Qubadlı rayonunun Novlu kəndində anadan olub.1993-cü ildə Milll Ordu sıralarında həqiqi hərbi xidmətə çağrılıb.

Şəhid Cavid Ələkbərov Kəlbəcərdə, Murovdağ və ətraf yüksəkliklər uğrunda gedən şiddətli döyüşlərdə iştirak edib. Məlumatlara görə şəhidimizin son döyüşü 1994-cü il fevralın 16-da Murovdağ yüksəkliyi istiqamətində olub.

Fotolar: Seymur İsmayılov

Xəbər lenti

Xəbər lenti