Bakı. Trend:
Şəhidlərimizin canı-qanı bahasına azad edilən torpağımıza qayıdıram.
Bunu Trend-ə açıqlamasında Şuşa sakini Mirzəyeva Ayımgözəl deyib.
Onun sözlərinə görə, Şuşa uğrunda gedən döyüşlərdə yaxınlarını itirib. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin.
“35 yaşımda Şuşadan çıxmışam. Bundan sonra Şuşada xoş günlərlə yaşamaq istəyirəm.
Allah Prezidentimizi var eləsin ki, onun rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edildi. Biz də alnıaçıq öz yurdumuzda yaşayacağıq”, - deyə o qeyd edib.
Qeyd edək ki, bu gün Şuşa şəhərinə 32 ailə - 125 nəfər köçürülüb. Beləliklə indiyədək Şuşa şəhərinə 90 ailənin, yəni 349 nəfərin daimi məskunlaşması təmin edilib.