...

Şuşaya qayıtdığım üçün dövlətimizlə fəxr edirəm - Şuşa sakini

Cəmiyyət Materials 30 May 2024 07:32 (UTC +04:00)
Şuşaya qayıtdığım üçün dövlətimizlə fəxr edirəm - Şuşa sakini
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün doğma yurdumuza, Şuşaya qayıtdığım üçün dövlətimlə, xalqımla fəxr edirəm.

Bunu Trend-ə açıqlamasında Şuşa sakini Nəsibova Yeganə deyib.

Onun sözlərinə görə, 1992-ci ildə Şuşanı tərk etməyə məcbur qalıb.

"Bu günü təsəvvür etmək çox çətindir. Mən bu gün doğma yurdumuza qayıtdığım üçün çox sevinirəm. Başda Ali Baş Komandan olmaqla, Milli ordumuzun hər bir üzvünə, hər bir zabit və əsgərinə bizə bu günləri yaşatdığı üçün öz minnətdarlığımı bildirirəm. Torpaqlarımız uğrunda şəhid olan, öz qanı ilə torpaqlarımızı azad edən şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Mən öz rəhbərliyimizlə, xalqımızla, ordumuzla, mübariz oğullarımızla fəxr edirəm", - deyə o qeyd edib.

Xatırladaq ki, bu gün Şuşa şəhərinə 15 ailə - 57 nəfər yola salınıb. Beləliklə Şuşa şəhərində 105 ailənin, yəni 406 nəfərin daimi məskunlaşması təmin edilib.

Xəbər lenti

Xəbər lenti