...

Vəzifəli şəxslərin qanunsuz əməlləri aşkarlanıb: cinayət işi başlanılıb

Cəmiyyət Materials 7 İyun 2024 14:32 (UTC +04:00)
Vəzifəli şəxslərin qanunsuz əməlləri aşkarlanıb: cinayət işi başlanılıb
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Qazax rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində baş verən qanunsuzluqlarla bağlı daxil olmuş məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Trend-ə Qazax Rayon Prokurorluğundan məlumatıməlumat verilib.

Bildirilib ki, araşdırmalarla Mərkəzin vəzifəli şəxsləri tərəfindən faktiki olaraq əmək fəaliyyətini icra etməyən şəxslərə əsasssız olaraq əməkhaqqı ödənilməsi və digər yollarla xeyli miqdarda büdcə vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti