...

Paytaxtda keçmiş məhkum ofisdən oğurluq edib

Cəmiyyət Materials 19 İyun 2024 13:13 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda ofislərin birindən 2886 manat pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 17-də paytaxtın Suraxanı rayonunun Zığ qəsəbəsində yerləşən ofislərin birindən 2886 manatın oğurlanması barədə polisə məlumat daxil olub.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər oğurluq və soyğunçuluq cinayətləri ilə əlaqədar məhkum olunmuş Zahir Nəbiyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti