...

May ayında neçə min şəxsə pensiya təyinatı aparılıb?

Cəmiyyət Materials 20 İyun 2024 11:05 (UTC +04:00)
May ayında neçə min şəxsə pensiya təyinatı aparılıb?
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin may ayı ərzində 3,2 mindən çox şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.

Bu barədə Trend-ə Dövlət Sosial Müdafiə Fondundan xəbər verilib.

Bildirilib ki, onların 57,1%-ni kişilər, 42,9%-ni isə qadınlar təşkil edib.

Qeyd edək ki, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində 23,3 min nəfərdən çox şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatları aparılıb.

Onların 61%-ni kişilər, 39%-ni isə qadınlar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti