...

Azərbaycanda 700-ə yaxın ixtioz xəstəsi var - Səhiyyə Nazirliyinin rəsmisi

Cəmiyyət Materials 20 İyun 2024 16:08 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Azərbaycanda 700-ə yaxın ixtioz xəstəsi var.

Trend xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Səhiyyə siyasəti şöbəsinin Ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova parlamentdə “Sağlam ailə modeli və nikah hüququ” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

Nazirlik rəsmisi bildirib ki, ixtioz xəstəliyi ilə bağlı narahatedici rəqəmlər var:

"Hətta bunun statistikasını da aparmışıq. Ölkədə 700-ə yaxın ixtioz xəstəsi var. Bununla bağlı dövlət proqramı qəbul olunub. Biz onları dərman və sarğı materialları ilə də təmin edirik”, - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti