...

Güclü külək Naxçıvanda rabitə infrastrukturuna ziyan vurub

Cəmiyyət Materials 27 İyun 2024 14:18 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gün axşam saatlarından başlayaraq muxtar respublikanın bir sıra rayonlarında hökm sürən qeyri-sabit hava bəzi fəsadlar törədib.

Trend xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, güclü külək nəticəsində Kəngərli rayonunun Şahtaxtı, Çalxanqala və Qarabağlar, Sədərək rayonunun Dəmirçi və Qaraağac, Şahbuz rayonunun Qızıl Qışlaq, Şada və Kolanı kəndlərində, o cümlədən Şərur rayonunun Zeyvə, Mahmudkənd, Yengicə, Qorçulu, Axaməd, Xanlıqlar, Muğancıq Mehrab, Püsyan və Çomaxtur kəndlərində iri gövdəli ağaclar aşaraq, infrastrukturun zədələnməsinə səbəb olub. Nəticədə bir sıra kənd və məhəllələrdə rabitə xidmətlərinin verilməsində fasilələr yaranıb.

Hazırda küləyin fəsadları aradan qaldırılır.

Xəbər lenti

Xəbər lenti