...

Bu yaxında Şuşa rayonunun Daşaltı kəndində özəl evlərin tikintisi başlanılacaq - Aydın Kərimov

Cəmiyyət Materials 28 İyun 2024 13:02 (UTC +04:00)
Bu yaxında Şuşa rayonunun Daşaltı kəndində özəl evlərin tikintisi başlanılacaq - Aydın Kərimov
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Şuşa. Trend:

Yaxın zamanda Şuşa rayonunun Daşaltı kəndində daşınmaz əmlak əldə etmək istəyənlər üçün özəl evlərin tikintisinə başlanacaq.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə deyib.

"Ayrıca qeyd etmək istəyirəm ki, Şuşa şəhərinin yaxınlığında yerləşən Daşaltı kəndində ilkin turizm infrastrukturunun tikintisinə başlanılıb. Həmçinin, investisiya qoymaqda maraqlı olan sahibkarlar üçün torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Tezliklə vətəndaşlar üçün fərdi evlərin sərbəst tikintisi prosesinə başlanılacaq", - o deyib.

Qeyd edək ki, tədbirin əsas məqsədi sahibkarlıq subyektlərinə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının investisiya imkanlarını və biznes perspektivlərini təqdim etmək, həmçinin, dövlət-özəl tərəfdaşlıq modelini müzakirə etməkdir. Bundan başqa, tədbirdə işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən güzəşt və üstünlüklər, digər dövlət dəstəyi tədbirləri, bu ərazilərin bərpası və iqtisadi reinteqrasiyasında sahibkarların rolu barədə panel müzakirələr təşkil olunub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti