...

Avtomobil yollarında quraşdırılan yeni monitorlar cərimə yazır? - AÇIQLAMA

Cəmiyyət Materials 18 İyul 2024 13:25 (UTC +04:00)
Avtomobil yollarında quraşdırılan yeni monitorlar cərimə yazır? - AÇIQLAMA
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Avtomobil yollarında quraşdırılan monitorlar sürücüləri məlumatlandıran rəqəmsal sistemdir.

Trend-in məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev deyib.

O bildirib ki, yeni sistem cərimə və inzibati xətalarla bağlı qeydiyyat aparmır, yalnız sürücülərin təhlükəsizliyinə xidmət edir.

“Bu monitorların quraşdırılmasında məqsəd hərəkət iştirakçılarının profilaktikası olmaqla, sürücülərin idarə etdikləri avtomobilin sürət göstəricisini əks etdirməsidir.

Hər bir sürücü sürət həddinə əməl etməli, özünün və digər şəxslərin həyat və sağlamlığına etinasız yanaşmamalıdır. Yolda sürət təhlükədir”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti