...

UNEC-də çinli tələbələr üçün Yay məktəbi təşkil olunub (FOTO)

Cəmiyyət Materials 18 İyul 2024 16:36 (UTC +04:00)
UNEC-də çinli tələbələr üçün Yay məktəbi təşkil olunub (FOTO)

Bakı. Trend:

UNEC və Çinin Hebei İqtisadiyyat və Biznes Universiteti ilə əməkdaşlığı çərçivəsində 11 nəfər çinli tələbə üçün UNEC-də Yay məktəbində təşkil olunub.

2 həftəlik Yay məktəbində çinli tələbələrə UNEC-də tətbiq olunan ən müasir tədris texnologiyaları əsasında 14 müxtəlif proqram üzrə interaktiv təlimlər keçirilir. Tələbələr UNEC-in Bloomberg maliyyə laboratoriyası, Karyera Mərkəzi, kitabxanaları, oxu zalları, digər laboratoriyaları və inzibati strukturları ilə də tanış olublar.

Yay Məktəbi çərçivəsində tələbələrin bir sıra korporativ sektorlara, eləcə də regionlara səfərləri də nəzərdə tutulub.

Yay Məktəbi iyulun 21-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti