...

Saatlıda piyadanı maşın vurub öldürdü

Cəmiyyət Materials 19 İyul 2024 13:25 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Saatlı rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində piyada ölüb.

Trend xəbər verir ki, hadisə səhər saat 09:00 radələrində Heydər Əliyev prospektində qeydə alınıb.

Savalan Feyzullayev idarə etdiyi “Vaz” markalı avtomobillə hərəkətdə olarkən, yolu keçən piyada Səxavət Əzizovu vurub. Ağır xəsarətlər alan yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti