Bakı. Trend:
Özəl Tibb Müəssisələri Assosiasiyanın saytı (https://otma.az/) istifadəyə verilib.
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, saytın
yaradılmasında məqsəd müasir informasiya texnologiyalarından
istifadə etməklə Assosiasiyanın fəaliyyəti barədə əhalini
məlumatılandırmaqdır.
Otma.az saytının “Haqqımızda” bölməsində Assosiasiyanın missiyası
və məqsədi, fəaliyyət istiqamətləri və İdarə Heyəti barədə ətraflı
məlumatlar verilib.
“Xəbərlər” bölməsində Özəl Tibb Müəssisələri Assosiasiyasının keçirdiyi tədbirlər və icra etdiyi layihələr haqqında məlumatlarla tanış olmaq mümkündür. Həmçinin, saytın “Üzvlük”, “Qalereya”, “və “Əlaqə” bölmələri mövcuddur.
Assosiasiyanın missiyası Azərbaycanda əhalinin sağlamlığının qorunması naminə özəl tibb sektorunun inkişafına dəstək olmaq və tibb xidmətini müasir dünya standartlarına çatdırmaqdır. Bundan əlavə məqsəd assosiasiya üzvlərinin hüquq və qanuni maraqlarını qorumaq və qarşılıqlı əməkdaşlıq əlaqələrini qurmaqdır.
Özəl Tibb Müəssisələri Assosiasiyası haqqında daha ətraflı məlumatları https://otma.az/ saytından əldə edə bilərsiniz.