...

Sabunçuda havaya tüstü buraxan zavodun rəhbəri cərimələndi

Cəmiyyət Materials 16 Avqust 2024 17:34 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sabunçu rayonunda fəaliyyət göstərən zavoddan havaya tüstünün yayılması ilə bağlı sosial şəbəkələrdə yayılmış videogörüntülər araşdırılıb.

Trend xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Xidmət rəsmisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı sözügedən müəssisənin "17 nömrəli Yol İstismarı" MMC-yə məxsus asfalt zavodu olduğu müəyyən edilib. Zavodda təmizləyici qurğunun quraşdırılmasına baxmayaraq filtrlərin vaxtında dəyişdirilmədiyi səbəbindən havaya tüstünün yayıldığı məlum olub.

Faktla bağlı MMC-yə məsul şəxs Elşad Həsənov barəsində akt, protokol tərtib edilib və o, vəzifəli şəxs qismində cərimələnib. Eyni zamanda filtrlərin vaxtında dəyişdirilməsi üçün məcburi göstəriş verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti