...

Mina təhlükəsi ilə mübarizə sahəsində Azərbaycan və Vyetnam arasında əməkdaşlıq imkanları müzakirə olunub (FOTO)

Cəmiyyət Materials 27 Avqust 2024 17:55 (UTC +04:00)
Mina təhlükəsi ilə mübarizə sahəsində Azərbaycan və Vyetnam arasında əməkdaşlıq imkanları müzakirə olunub (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Mina təhlükəsi ilə mübarizə sahəsində Azərbaycan və Vyetnam arasında mümkün əməkdaşlıq imkanları müzakirə olunub.

Bu barədə Trend-ə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyindən məlumat verilib.

Mina və partlamamış hərbi sursat təhlükəsi ilə mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq qurumlarlaəməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsi məqsədilə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi İdarə Heyətinin sədri Vüqar Süleymanovun rəhbərlik etdiyi nümayəndə heyətininnövbəti səfəriVyetnam Sosialist Respublikasına baş tutub.

Səfər çərçivəsində Vyetnam Minatəmizləmə Mərkəzi və Quang Tri Minatəmizləmə Mərkəzinin rəsmiləri ilə görüşlər keçirilib.

Qeyd edək ki, Vyetnam mina və müharibənin digər partlayıcı qalıqları təhlükəsi ilə üzləşmiş və bu təhlükəyə qarşı mübarizə sahəsində uzunmüddətli təcrübəyə malik ölkələrdən biridir.

Mina təhlükəsi ilə mübarizə sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və bu sahədə tərəfdaşlığın genişləndirilməsi, əldə edilən yeniliklərin minatəmizləmə fəaliyyətində tətbiqi Agentlik üçün xüsusi önəm daşıyır.

Görüşlərdə bu sahədə qabaqcıl təcrübə mübadiləsi, sıx əməkdaşlıq əlaqələrinin yaradılması və inkişaf etdirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin nümayəndə heyəti ölkəmizdə mövcud mina və müharibənin digər partlayıcı qalıqları problemini gündəmə gətirərək, bu problemin aradan qaldırılması istiqamətində icra edilən fəaliyyət, tətbiq edilən metodologiyalar, habelə humanitar minatəmizləmə sahəsində keçirilən təlimlər barədə məlumat verib.

Agentliyin nümayəndə heyətinin bu istiqamətdə növbəti görüşləri Kamboca Krallığına səfər çərçivəsində davam edəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti