Bakı. Trend:
İşğaldan azad edilmiş ərazilərdə salınan yaşayış massivlərinin 50 faizi yaşıllıq ərazidir.
Trend xəbər verir ki, bunu
Dövlət Ekoloji Ekspertiza Agentliyində təşkil olunmuş ictimai
dinləmədə Agentliyin
İdarə Heyətinin sədri Mirsalam Qənbərov deyib.
O bildirib ki, bunun üçün həmin ərazilərdə münbit şərait var.
“Həmin ərazilərdə tikinti planlaşdırılarkən yaşıllaşdırma xüsusi olaraq nəzərə alınır. Bundan sonra da həmin ərazilərdə yaşıllaşdırmaya digər yüğerlərdə olduğu kimi, önəm veriləcək”, - deyə sədr qeyd edib.
Qeyd edək ki, Dövlət Ekoloji Ekspertiza Agentliyində ekoloji rəyin alınması, tikinti və infrastruktur layihələrin ekoloji cəhətdən obyektiv qiymətləndirilməsi, şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə növbəti ictimai dinləmə keçirilib. Dinləmədə əsas məqsədin yaşıllıqların mümkün dərəcədə qorunması, artırılması, götürülməsinə rəy verilmiş ağacların öncədən ayrılmış ərazilərə standartlara uyğun qaydada köçürülməsi, yaşıllıqların bioloji inkişafdan qalmasına yol verilməməsi və sonrakı illərdə də onlara mütəmadi düzgün aqro-texniki qulluq göstərilməsi olduğu vurğulanıb.