...

Ağdamın Xıdırlı kəndində görülən infrastruktur işləri məlum olub

Cəmiyyət Materials 20 Sentyabr 2024 15:45 (UTC +04:00)
Ağdamın Xıdırlı kəndində görülən infrastruktur işləri məlum olub
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ağdam rayonunun bərpa edilən Xıdırlı kəndində 3520 metr elektrik xətti, 1400 metr su xətti, 700 metr qaz təchizatı və 3900 metr kanalizasiya şəbəkəsi inşa olunmuşdur.

Bunu Trend-ə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi deyib.

O bildirb ki, kənddaxili yolların 42 km-dən 11 km-də yol yatağının qazıntı işləri yekunlaşmaq üzrədir.

Qeyd edək ki, Ağdam rayonunda quruculuq işlərinin geniş vüsət aldığı yaşayış məskənlərindən biri də Xıdırlı kəndidir. Kəndin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub.

Bildirildi ki, Ağdam şəhərinin mərkəzindən 3 kilometr məsafədə yerləşən Xıdırlı kəndində 5093 nəfərin məskunlaşdırılması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 418 hektardır. Burada məskunlaşdırılacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 170 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 2951 nəfərin köçürülməsi üçün 719 fərdi evin tikilməsi planlaşdırılır.

Qeyd olundu ki, kəndin ərazisində söküntü və şaquli planlaşdırma işləri artıq tamamlanıb. Bundan başqa, 292 fərdi evin torpaq, bünövrə, hörgü işləri və 278 fərdi evin isə xarici bəzək işləri başa çatdırılıb.

Kənddə 719 fərdi evin torpaq və bünövrə işləri, 643 fərdi evin isə hörgü işləri tamamlanıb, hazırda xarici və daxili bəzək işləri görülür. Həmçinin kənddə mərkəzi kommunikasiya sisteminin və yol infrastrukturunun da inşası davam etdirilir.

Eyni zamanda, 10 qeyri-yaşayış binası üzrə torpaq və bünövrə işləri tamamlanıb. Həmçinin bu binalarda dəmir-beton və hörgü işləri aparılmaqdadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti