Bakı. Trend:
Yelo Bank regionlarda maliyyə xidmətlərini daha da
genişləndirmək üçün növbəti filialını Şamaxıda açdı. Yeni filial
Şamaxı şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsi, 56 ünvanında xidmət
göstərir. Filialın əsas üstünlüyü onun rəqəmsal konseptdə
olmasıdır. Ənənəvi filiallardan fərqli olaraq rəqəmsal filialda
bank əməliyyatları terminallar vasitəsilə aparılır. Müştərilər
rahat və çevik şəkildə kart, biznes və istehlak krediti əldə edə,
əmanət hesabı aça və digər bank xidmətlərini həyata keçirə
bilərlər.
Yeni filialın açılışı münasibətilə Yelo Bank-ın İdarə Heyətinin
sədr müavini Elşən Pirmalıyev bildirib ki, burada Şamaxı
sakinlərinə üstün xidmət səviyyəsi təqdim olunacaq: “Rəqəmsal
konseptli növbəti filialımızı Şamaxıda açmaq üçün çox
səbirsizlənirdik. Əsas hədəfimiz ölkəmizin regionlarında, eləcə də
Şamaxıda real sektorun hərtərəfli inkişafına dəstək olmaqdır. Bu
baxımdan 100 mindən çox əhalisi olan Şamaxıda geniş əməkdaşlıq
potensialı görürük. İnanıram ki, yeni filialımız sakinlər üçün daha
sürətli və daha səmərəli xidmət göstərəcək. Ümumiyyətlə, maliyyə
inkluzivliyinin gücləndirilməsi və vətəndaşların maliyyə
xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi məqsədilə digər
bölgələrdə də rəqəmsal filial açmağı planlayırıq”.
Xatırladaq ki, bundan öncə Yelo Bank ard-arda Ağcabədi, Xaçmaz,
Salyan, Qəbələ, Masallı və Tovuz filiallarını müştərilərin
istifadəsinə verib. Hazırda Bankın paytaxt və regionlarda 20 xidmət
məntəqəsi fəaliyyət göstərir.
Bank xidmətləri (https://www.yelo.az/az/business/loans/micro-loans/)
haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və
ya Facebook,
Instagram ,
Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!