...

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunda qadağan edilən hallar məlum olub

Cəmiyyət Materials 21 Sentyabr 2024 14:52 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu haqqında Əsasnamədə nəzərdə tutulan qadağalar açıqlanıb.

Trend-in əldə etdiyi məlumata görə ərazisində aşağıdakılar qadağan edilə və ya məhdudlaşdırıla bilər:

- Qoruğun ərazisində aşağıdakılar qadağandır:

- tarix və mədəniyyət abidələrində konservasiya, inşaat-möhkəmləndirmə, abadlıq, bərpa, rekonstruksiya, regenerasiya işlərinin səviyyəsinin artırılması və onların istifadəyə uyğunlaşdırıl-ması üzrə layihəsi Agentlik tərəfindən təsdiq edilmiş bərpa və təmir işləri istisna olmaqla, Agentlik tərəfindən razılıq verilməmiş hər hansı tikinti işlərinin aparılması;

- tarix-mədəniyyət abidələrinə və təbii landşafta təhlükə yaradan hər bir fəaliyyət;
- geoloji-kəşfiyyat və faydalı qazıntı işlərinin aparılması;

- xüsusi ekoloji təhlükə yaradan kimya sənayesi, metallurgiya, nüvə energetikası və digər müəssisələrin fəaliyyəti;

- müəyyən edilmiş yerlərdən kənar nəqliyyat vasitələrinin hərəkəti və dayanacaqların təşkili, çadırların qurulması və tonqalların yandırılması.

- Qoruğun ərazisində tarix, mədəniyyət, elmi, estetik, rekreasiya dəyərini aşağı sala bilən fəaliyyət növləri qanunvericiliklə müəyyən edilmiş qaydada məhdudlaşdırıla və yaxud qadağan edilə bilər.

Qeyd edək ki, Azərbaycanı “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu haqqında Əsasnamə təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti