Bakı. Trend:
Qırmızı kitaba daxil edilmiş və ya xüsusi mühafizə olunan heyvan və bitki növlərinin qorunması üzrə tələblərin pozulmasına görə cərimə 10 dəfədən çox artırılır.
Trend-in xəbərinə görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikasının Qırmızı kitabına
daxil edilmiş və xüsusi mühafizə olunan heyvan və bitki növlərinin
siyahısında olanların mühafizəsi üzrə tələblərin yerinə
yetirilməməsinə görə fiziki şəxslər min manatdan min üç yüz
manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min
manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min
manatadək məbləğdə cərimə ediləcək.
Qüvvədə olan qanuna görə isə bu cərimələr beş yüz manatdan yeddi
yüz manatadək məbləğdədir.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.