Bakı. Trend:
Artıq texniki təmayüllü ixtisaslara qəbul sayı artır və onlar əmək bazarına uyğun olaraq, işlə təmin edilə bilirlər.
Trend xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Təhsilin İnkişafı Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, İnnovasiya Fəaliyyəti haqqında qanun layihəsinin təkmilləşdirmə işləri aparılır.
“Bir gün ərzində təhsildə dəyişikliklər etmək mümkün deyil. Bunun üçün zaman lazımdır. Biz bu transformasiyaya hazır olmalıyıq. Kimliyindən, vəzifəsindən asılı olmayaraq, hər kəs biliyini daima inkişaf etdirməlidir. Yalnız bu yolla təhsildə inkişafa nail olmaq olar”,- deyə E.Əliyev bildirib.
Qeyd edək ki, Bakıda Təhsilin İnkişafı Forumu keçirilir.
Təhsilin İnkişafı Forumu 2024-ün əsas məqsədi dövlət-universitet-sənaye tərəfdaşlığının dayanıqlı və davamlı inkişafı ilə yanaşı birgə dialoq üçün uyğun platforma təmin etmək və prosesi hərtərəfli dəstəkləməkdir.
Forum hər il ölkənin təhsil sisteminin cari vəziyyəti, iqtisadiyyata inteqrasiyası, dövlət-özəl tərəfdaşlığının inkişaf perspektivlərinə dair ən vacib məsələlərin müzakirəsi üçün faydalı platforma təmin edir.