...

Bir olduğumuz müddətdə öhdəsindən gələ bilməyəcəyimiz problem olmayacaq - Türkiyəli nazir

Cəmiyyət Materials 8 Oktyabr 2024 17:48 (UTC +04:00)
Bir olduğumuz müddətdə öhdəsindən gələ bilməyəcəyimiz problem olmayacaq - Türkiyəli nazir
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Şuşa. Trend:

Türk Dövlətləri Təşkilatı olaraq qəhrəmanlıq dastanı olan və Prezident İlham Əliyevin rəhbərliyi ilə azadlığa qovuşan Şuşada olmaqdan çox məmmunuq.

Trend-in məlumatına görə, bunu Türkiyə səhiyyə naziri Kemal Memişoğlu jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, burada səhiyyə ilə bağlı əməkdaşlıqlarımızı inkişaf etdirməyə çalışırıq.

“Qardaş ölkələrlə bu istiqamətdə birlikdə çalışacaq. İnanırıq ki, çox yaxşı nəticələr əldə edəcəyik. Səhiyyə sahəsində son illərdə Türkiyədə böyük inkişaf əldə olunub. Bu təcrübəni dəyərli qardaşlarımızla paylaşacağıq. Əlimizdən gəldiyi qədər daha böyük uğurlar qazanacağıq.

Bundan sonra birliyimiz davam edəcək. Hamımız bir olduğumuz müddətdə öhdəsindən gələ bilməyəcəyimiz problem olmayacaq. Möhtərəm liderlərimizə bu şəraiti yaradığı üçün təşəkkür edirik. Biz də səhiyyə sahəsində əldə etdiyimiz yenilikləri bir-birimizlə paylaşacağıq”, - deyə o əlavə edib.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Şuşa şəhərində oktyabrın 8-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası keçirilib.

Tədbirdə TDT-nin Baş katibi, üzv və müşahidəçi ölkələrinin səhiyyə nazirləri, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi, həmçinin müxtəlif ölkələrdən dəvət olunan elm adamları iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti