...

Marneulidə vətəndaşlara təmənnasız hüquqi yardımlar davam edir (FOTO)

Cəmiyyət Materials 9 Oktyabr 2024 10:19 (UTC +04:00)
Marneulidə vətəndaşlara təmənnasız hüquqi yardımlar davam edir (FOTO)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanda fəaliyyət göstərən “Azərbaycan Evi” ilə “QANUN” Hüquqi Yardım Mərkəzi arasında imzalanan Memoranduma əsasən mərkəzin rəhbəri, vəkil Əli Bədirov və mərkəzin hüquqşünası Şamil Şamilov "Azərbaycan Evi"ndə öncədən qeydiyyatdan keçmiş, hüquqi problemi olan Marneuli və ətraf kəndlərin sakinlərini qəbulu edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, qəbulun 5-ci günündə 12 nəfər Gürcüstan vətəndaşı soydaşımızın problemləri dinlənilib.

Vətəndaşların problemlərinin (vətəndaşlıq, müvəqqəti yaşama qeydiyyatı, aliment, vərəsəlik, mülkiyyət, ailə zorakılığı və.s) həlli ilə bağlı lazımi ərizələr yazılıb, aidiyyatı dövlət qurumlarına, baş prokurorluğa və məhkəmə instansiyalarının elektron ünvanına göndərilib.

Qeyd edək ki, qəbul günləri davam edir və soydaşlarımız bu xidmətdən yararlanmaq üçün aşağıda göstərilən nömrə ilə əlaqə saxlaya bilər:

Tel: +995 599 10 96 90

Məqalədə:
Xəbər lenti

Xəbər lenti