Bakı. Trend:
2024-cü ilin oktyabr ayınadək olan dövr ərzində müddətli həqiqi hərbi xidmətə çağırışdan boyun qaçırma halları ilə bağlı tabe rayon (şəhər) prokurorluqlarında araşdırmalar aparılıb, nəticədə 56 cinayət işi başlanıb, 448 nəfər hərbi xidmətə göndərilməsi üçün aidiyyəti üzrə SHXÇDX-yə təqdim edilib.
Trend xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir.
Həmçinin, 2024-cü ilin oktyabr ayıdək olan müddət ərzində Hərbi prokurorluq tərəfindən aparılan araşdırmalar nəticəsində SHXÇDX-nin ayrı-ayrı vəzifəli şəxsləri və əməkdaşları barəsində 3 cinayət işi başlanaraq ibtidai istintaq aparılır, aşkarlanan qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə isə qurumun 5 əməkdaşı barəsində təqdimat verilib.