...

Bakıda əfsanəvi Lionel Messi və ulduz komanda yoldaşları ilə görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 11 Dekabr 2024 16:44 (UTC +04:00)
Bakıda əfsanəvi Lionel Messi və ulduz komanda yoldaşları ilə görüş keçirilib (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın paytaxtında dünya futbolunun əfsanəsi Lionel Messi, eləcə də ulduz futbolçular Luis Suares, Serxio Buskets və Jordi Albanın iştirakı ilə möhtəşəm tədbir baş tutub.

Trend xəbər verir ki, tədbir “Baku Crystal Hall”da keçirilib və axşama bayram əhval-ruhiyyəsi qatan "Natiq" ritm qrupunun çıxışı ilə başlayıb. Daha sonra tamaşaçıları dünyaca məşhur bəstəkar və müğənni Villi Vilyamın konsert proqramı sevindirib.

Axşamın kulminasiya nöqtəsi Lionel Messinin futbol karyerasına həsr olunmuş sənədli filmin nümayişi olub. Bu film tamaşaçılara idman dünyasının ən böyük şəxsiyyətlərindən birinin zəfərləri və nailiyyətləri ilə dolu tarixə nəzər salmağa imkan yaradıb.

Xəbər lenti

Xəbər lenti