...

Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimələr artırıldı

Cəmiyyət Materials 13 Dekabr 2024 16:11 (UTC +04:00)
Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimələr artırıldı
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimə 300 manat olacaq.

Trend xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib.

Beləliklə, daha öncə məbləği 50 manat olan cərimə 300 manat olacaq.

Bundan əlavə, cərimənin nəzərdə tutulduğu 212.4-cü maddəyə 212.4-1 maddəsi də əlavə edilir:

"Bu Məcəllənin 212.4-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – yeddi yüz manat məbləğində cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, altmış saatdan yüz saatadək ictimai işlər tətbiq olunur.”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti