Xocalı. Trend:
Xocalı rayonunda 211 ev təsərrüfatı, 4 biznes subyekti və Ballıca kəndində - 57 ev təsərrüfatı və 1 biznes subyekti yüksəksürətli internet xidmətləri ilə təmin edilib. Tələbat yarandıqca, yeni qoşulmalara da imkan və şərait var.
Trend xəbər verir ki, bunu
açıqlamasında “Aztelekom” MMC-nin mətbuat katibi Alidə Mustafayeva
Xocalıda jurnalistlər üçün təşkil olunan mediatur zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanın digər şəhər və rayonlarından
Xocalı rayonuna edilən zənglər zamanı “026 20” kodu və müvafiq
nömrə yığılmaqla əlaqə saxlamaq mümkündür.
"Beynəlxalq danışıqlar zamanı isə “+994 26 20 X XX XX” yığım
formatı tətbiq olunur.
Qeyd edək ki, xidmətlər passiv xətt olan GPON texnologiyası –
fiber-optik xətt üzərindən verildiyinə görə modem olmadan işləmir.
Vətəndaşlardan bütün hallarda yarana biləcək sual və təkliflərlə
bağlı 24/7 rejimdə fəaliyyət göstərən Çağrı mərkəzinə – “170” qısa
nömrəsinə müraciət etmələri xahiş olunur.
Görülən işlər ölkənin rəqəmsal infrastrukturunu müasirləşdirmək və
yüksək sürətli interneti hər kəs üçün əlçatan etmək məqsədi
daşıyır.
İnternet xidmətlərinin təkmilləşdirilməsi elektron hökumət xidmətləri, onlayn təhsil, tibb və rəqəmsal bizneslərin inkişafına da şərait yaradır.
Belə ki, rəqəmsallaşma, infrastrukturun gücləndirilməsi Azərbaycanı beynəlxalq IT şirkətləri, startaplar və investorlar üçün də cəlbedici məkana çevirir", - o əlavə edib.