...

Çətin həyat şəraitində olan şəxslərin asudə vaxtının səmərəli təşkili xidmətinin əhatə dairəsi genişləndirilir

Cəmiyyət Materials 25 Fevral 2025 11:00 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Qanunvericiliyə sosial-mədəni xidmət növü əlavə edilir.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Sosial xidmət haqqında” Qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qanun layihəsinə əsasən, sosial-mədəni xidmətlər şəxslərin sosial-mədəni həyata uyğunlaşmasına, asudə vaxtının səmərəli təşkilinə yönələcək.

Məlumat üçün bildirək ki, hazırkı redaksiyada asudə vaxtının səmərəli təşkil olunması yalnız sosial-pedaqoji xidmətin tərkibində göstərilib. Sosial-pedaqoji xidmətdə isə yalnız yetkinlik yaşına çatmayanların inkişafındakı geriliklərin və davranışındakı pozuntuların profilaktikasına nəzərdə tutulduğundan digər kateqoriyadan olan çətin həyat şəraitində olan şəxslərin bu xidmətdən istifadə etməsi mümkün olmurdu. Qeyd olunanları nəzərə alaraq “Sosial xidmət haqqında” Qanunda yeni sosial-mədəni xidmət növü əlavə edilir.

Bu xidmət növünün əlavə olunması çətin həyat şəraitində olan şəxslərə göstərilən xidmətlərin təkmilləşməsinə, beynəlxalq standartlara uyğunlaşmasına gətirib çıxarır, bu xidmətdən çətin həyat şəraitində olan bütün kateqoriyadan olan şəxslərin istifadəsinə imkan yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti